İcra başçısı: "Sentyabrın 27-dən Tərtərə 15 500-ə yaxın mərmi düşüb"
Tarix: 29-10-2020 14:29 | Bölmə: Cəmiyyət
İcra başçısı: "Sentyabrın 27-dən Tərtərə 15 500-ə yaxın mərmi düşüb"

“Tərtər mütəmadi olaraq atəş altındadır. Sentyabrın 27-dən bu günə qədər Tərtərə ümumilikdə 15 500-ə yaxın mərmi düşüb. Bir günə 2280 ədəd mərmi düşdüyü gün olub”.

Bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov diplomatik korpusun nümayəndələrinin Tərtər rayonuna səfəri zamanı yerli və xarici mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, mərmilərin düşməsi nəticəsində 17 nəfər dinc sakin həlak olub: “Onlardan 1-i uşaq, 1-i isə qadındır. 61 nəfər yaralımız var. Yaralıların 51-i artıq öz evlərinə buraxılıb, 10 nəfər isə respublikanın müxtəlif şəhərlərində müalicə alırlar. İndiyə qədər 133 ev tamamilə dağılıb, 873 ev qismən ziyan çəkib, 14 məktəb, 3 xəstəxana, 18 inzibati bina, 65 ictimai yaşayış binasına (1-i tamamilə dağıdılıb) ziyan dəyib. Ümumilikdə 1200-ə yaxın insan ermənilərin Tərtərə hücumundan ziyan çəkib”.

M. Məmmədov insanların təhlükəsizliyi üçün rayonda görülən işlərdən də danışıb: “Tərtər rayonunun kəndlərində 11 ədəd sığınacaq, şəhər ərazisində 44042 kvadrat metr böyüklüyündə sığınacaq hazırlanıb. Əhalinin böyük əksəriyyəti sığınacaqlardadır”/APA.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər