Baş prokuror: “Bəzi ermənilər etnik azlıqlar arasında qarşıdurma yaratmağa yönələn çağırışlar edirlər”
Tarix: 30-10-2020 16:13 | Bölmə: Cəmiyyət
Baş prokuror: “Bəzi ermənilər etnik azlıqlar arasında qarşıdurma yaratmağa yönələn çağırışlar edirlər”

“Biz 4 nəfərin axtarışa verildiyi barədə məlumat verdik. Onlardan biri - Arman Babacanyan Ermənistan parlamentinin üzvüdür”.

Bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Baş prokuror Kamran Əliyev bildirib.

Düşmənin hər bir şeyə əl atdığını deyən Baş prokuror Ermənistan fərqli olaraq Azərbaycanın çoxmillətli ölkə olduğunu diqqətə çatdırıb: “Bakıda və Azərbaycanın digər bölgələrində müxtəlif millətlərin nümayəndələri, müxtəlif dinə mənsub xalqlar yaşayır. Onlar dostluq, səmimilik şəraitində yaşayırlar. Uzun illərdir, əsrlər boyu bizdə multikulturalizm mədəniyyəti formalaşıb. Bəzi ermənilər isə sosial şəbəkələr vasitəsilə çağırışlar edir, millətlər arasında, Azərbaycandakı müxtəlif etnik azlıqlar arasında qarşıdurma yaratmaq, nifaq salmaq kimi iyrənc addımlara da əl atırlar. Bununla bağlı Azərbaycan qanunvericiliyi ilə çox ciddi məsuliyyətlər nəzərdə tutulur. Axtarışa verilən həmin şəxslər, həmçinin, Azərbaycanda millətlər arasında düşmənçilik salmağa yönələn əməllər törətməkdə ittiham olunurlar”/APA.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər