Rus icmasından Azərbaycan Ordusuna qeyri-adi dəstək verilib - Foto
Tarix: 31-10-2020 17:55 | Bölmə: Cəmiyyət
Rus icmasından Azərbaycan Ordusuna qeyri-adi dəstək verilib

Bakıda Azərbaycan Ordusuna dəstək məqsədilə avtomobil yürüşü keçirilib.

Tədbir Azərbaycanın Rus icması tərəfindən təşkil olunub.

Azərbaycan, Rusiya və Türkiyə bayraqları ilə bəzədilmiş təxminən 30 avtomobil Milli Məclisin binası qarşısından yürüşə başlayaraq Bakının mərkəzi küçələri ilə, eləcə də Rusiya və Türkiyə səfirliklərinin qarşısından keçməklə irəliləyib. Paytaxt sakinləri avtoyürüş iştirakçılarını coşğu ilə qarşılayıb.

Azərbaycanın Rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelinin sözlərinə görə, yürüşün məqsədi Azərbaycan Ordusuna dəstək olmaqdır.

“Bu, ədalətli Vətən müharibəsində xalqımıza və Ordumuza, Prezidentimizə və Ali Baş Komandanımız İlham Əliyevə dəstəkdir”, - M.Zabelin deyib/Report.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}