Dünyanın məşhur nəşrinin Azərbaycan buraxılışı işıq üzü görüb
Tarix: 02-11-2020 08:40 | Bölmə: Cəmiyyət
Dünyanın məşhur nəşrinin Azərbaycan buraxılışı işıq üzü görüb

Hazırda dünyanın 60-dan çox ölkəsində nəşr edilən məşhur “Muscle and Fitness” jurnalının Azərbaycan burxılışı işıq üzü görüb.

Bu barədə Reyting.az-a jurnalın redaktoru Namiq Cəfərli məlumat verib.

Onun sözlərinə görə, əsası ABŞ-da tanınmış fitness məşqçi və Beynəlxalq Bodibildinq Federasiyasının qurucusu, mərhum Co Veyder tərəfindən qoyulmuş jurnalın Azərbaycan versiyasının redaktoru vəzifəsinə təyin edilməsi onun üçün gözlənilməz olub:

“Açığı, bu vaxta qədər müxtəlif nəşrlərdə çalışsam da, nə vaxtsa fitness jurnalının redaktoru olacağımı gözləmirdim. Görünür bu da mənim uzun illərdir ki, bodibildinqlə məşğul olmağımdan irəli gəlib. Lakin buna baxmayaraq hazırda bu jurnalda fəaliyyətim mənim üçün çox maraqlı və məsuliyyətlidir. Düsünürəm ki, oxucular üçün də çox maraqlı olacaq”.

Redaktor əlavə edib ki, jurnal yalnız bodibildinq və fitness sahəsinə aid deyil:

“Jurnalda sağlamlıq, mədəniyyət, düzgün qidalanmağın yolları, reklam, müxtəlif xəstəliklərdən əziyyət çəkənlərə önəmli məsləhətlər və xüsusilə də insanlara yaşadıqları çətin həyatlarından zövq alacaq dərəcədə motivasiya verəcək mövzulardan bəhs edilir. “Muscle and Fitness” jurnalının əsasını qoymuş, mərhum Co Veyderin sözləri ilə desək, “Bodibildinq və Fitness yalnız idman zallarında deyil, əslində insan şüurunda inqilab edir. İnsanın zəif əzələləri, onun zəif zəka və xarakterindən xəbər verir. Güclü bir bədənə malik olmaq isə şıltaqlıq əlaməti deyil, sadəcə, yaşadığımız qlobal stress dövründə tab gətirməyin yeganə yoludur”.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər