Tarix: 17-02-2016 16:47 | Bölmə: Cəmiyyət / Xəbərlər
Fevralın 17-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə istehsal etdiyi "Atəşkəs” sənədli filmi azərbaycan dilində nümayiş olunub.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklər və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də media təmsilçiləri iştirak ediblər.
Tədbiri çıxış nitqi ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bildirib ki, Qarabağda törədilən erməni vandalizminin kiçik bir süjet xətti olan filmin hazırlanması üçün macar vəyerli heyət böyük əmək sərf edib: "Mən əslən Qarabağlıyam, çəkiliş zamanı dağıdılmış, viran edilmiş kəndimin, evimin görüntülərini görməyin mənim üçün necə ağır olduğunu sözlə ifadə etmək mümkün deyil. Filmdə yüz minlərlə qarabağlının xatirələrinin, xoş günlərinin canlandığı və işğal altında olan yerləri nümayiş edirmək, doğma yurdlarından didərgin düşmüş insanların çəkdikləri əzab-əziyyətləri görmək və eşitmək bizim üçün çox çətindir. Bu film Qarabağ həqiqətlərinin həm Macarıstana, həm də bütün Avropaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Film barədə qısa məlumat verən U.Mirzəyev filmə göstərilən dəstəyə görə, Macar Turan Fondunun sədri Andras Biroya, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə təşəkkürünü bildirib.
Söz alan Macar Turan Fondunun sədri Andras Biro isə deyib ki, "Atəşkəs” filmi dünyaya mesajdır: "Azərbaycan və Macar xalqı hər bir zaman yaxındır və dostdur. Bu filmi izləyən və ürəyi olan hər bir insan Azərbaycan xalıqının ağır taleyini anlamış olur. Biz uzun illər, hətta 1990-cı illərdə bu faciənin yaşandığını, Azərbaycanda müharibənin olduğunu bilsək də, faciə barədə az məlumatlı olmuşuq. Bu gün "Atəşkəs” filmi vasitəsilə faciəni real kadrlarla öyrənmiş olduq. Film Azərbaycanda törədilən faciənin həqiqətlərini əks etdirir. Xocalı faciəsi tək Cənubi Qafqazın yox, bütün dünyanın insanlıq faciəsidir”.
Azay Quliyev isə qeyd edib ki, "Atəşkəs” sənədli filmi vasitəsilə dünyaya tək Xocalı faciəsinin həqiqətləri yox, həm də sülh ismarıcı göndərilir: "Sözün bitdiyi yerdir. Filmdə əziyyəti keçən Macar Turan Fondunun sədri Andras Biroya təşəkkür edirəm ki, o bu işə xüsusi səmimiyyətlə yanaşdı, filmi ərsəyə gətirdi. Burada insanpərvər bir şəxsin dünya ictimaiyyətinə çağırışını gördük.
Bütün gücünü, bilik və bacarığını əsirgəməyən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevə də təşəkkürümü bildirirəm. O, bütün çətinliklərə baxmayaraq komanda ilə filmin peşəkarcasına hazırlanmasına nail oldu. Biz də Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası olaraq filmə verdiyimiz bu dəstəyi həm də, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovdan gördük. Çox təşəkkür edirik”.
Tədbirdə çıxış edən Əli Həsənov isə bildirib ki, "Atəşkəs” sənədli filmi Qarabağ hadisələrinin real xronologiyasını dünyada növbəti dəfə təbliğ edir: "Biz məyusluq doğuran hadisələrin xronologiyasını bir daha xatırladıq. İyirmi dörd il bundan öncə bəşəriyyət, insanlığa törədilən digər qəddar hadisələrdən heç dəgeri qalmayan Xocalı faciəsinə şahidlik etdi. Təəssüf ki, sadəcə şahidliki etdi və susdu. 1992-93-cü illərdə bu hadisəyə siyasi maraqlar çərçivəsində yanaşıldı və ölkəmizin özündə belə real qiymət verilmədi. Lakin 1993-cü ildə, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqına qarşı törədilmiş bu faciə real qiymətini aldı. Eyni zamanda, faciənin reallıqları Azərbaycan dövlətinin iştirakı iləxarici dövlətlərə çatdırıldı. İllər ötməsinə baxmayaraq, bu faciənin həqiqətlərini Azərbaycan hələ də öz gücü ilə dünyayla paylaşır”.
Ə.Həsənov daha sonra qeyd edib ki, sənədli filmlər və bu kimi layihələr vasitəsilədünyada erməni xalqına qarşı nifrət aşılamaq istəmirik: "Biz dünya ictimaiyyətinə Qarabağ həqiqətlərini çatdırmalıyıq ki, faciəbir daha təkrarlanmasın. Erməni xalqını bu gün dəözümüzədüşmən saymırıq. Etnik separatçılıq hərakatınıCənubi Qafqazda başlayan vəxalqları bir-birinəqarşı qaldıran, etnik təmizləməaparan cinayətkar qrupu dünyaya təqdim edirik. Həmin qrup bu gün Ermənistana və seperatçı Dağlıq Qarabağ rejiminərəhbərlik edir”.
Tədbirin sonunda A.Quliyev QHT-lərə Dövlət Dəstəyi Şurasının xüsusi təltifnaməsini Macar Turan vəBeynəlxalq Avrasiya Mətbuat fondlarının sədrlərinə təqdim edib.
Sənədli film "İşğalın qurbanı” layihəsi çərçivəsindəmacar və Azərbaycan jurnalistlərinin Qarabağ həqiqətlərindən bəhs edən ilk birgə işidir. Filmdə Cənubi Qafqaz regionunda Ermənistanın Azərbaycana qarşı təcavüzünün qeyd alındığı tarixi mərhələlər , Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, o cümlədən Azərbaycanın Cənubi Qafqazın aparıcı dövlətlərindən biri kimi tarixi-mədəni irsi, ənənələri yer alıb. Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, ermən qırğınları, Qarabağ həqiqətləri, Qarabağ müharibəsinin törətdiyi acı nəticələr, Xocalı faciəsi filmin əsas qayəsini,leytmotivini təşkil edir. Ekran əsərində macar, alman, fransız, amerikalı ekspertlərin münaqişənin həlli ilə bağlı fikirləri, rəyləri və şahidlərin ifadələri yer alıb.
Bölməyə aid digər xəbərlər