12:29 / 14-05-2025
Sabah leysan yağacaq
07:56 / 14-05-2025
Zaxarova Makronu ələ salıb
İşçi qrupun üzvü: "Koronavirusa qarşı ehtiyat tədbirlərinə hər kəs əməl etməlidir"
Tarix: 03-11-2020 14:39 | Bölmə: Cəmiyyət
İşçi qrupun üzvü: "Koronavirusa qarşı ehtiyat tədbirlərinə hər kəs əməl etməlidir"

“Son günlər COVID-19 üzrə statistikanın artması xəstələnmə riskinin yüksəlməsinə gətirib çıxarır”.

Bunu Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupunun üzvü Sevda Məmmədova bildirib.

Onun sözlərinə görə, koronavirusa qarşı ehtiyat tədbirlərinə hər kəs əməl etməlidir: “Hərarət, öskürək və ya təngnəfəslik olarsa, dərhal tibbi yardım üçün müraciət edin, insanların çox olduğu qapalı məkanlardan uzaq olmağa çalışın, insanlarla aranızda ən azı 2 metrlik fiziki məsafəni saxlayın, maskadan istifadə edin, sabun-su və ya spirt tərkibli antiseptik vasitələrdən tez-tez istifadə edin, qapalı məkanları daim havalandırın. Hamımız bu sadə qaydalara ciddi şəkildə riayət etsək, bütün çətinliklərin öhdəsindən gəlib, özümüz və yaxınlarımızın sağlamlığını qorumuş olarıq”/APA.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq