12:29 / 14-05-2025
Sabah leysan yağacaq
07:56 / 14-05-2025
Zaxarova Makronu ələ salıb
Nazirlik: "Evdə olan COVID-19 xəstələri yalnız vitaminlər kompleksi vasitəsi ilə müalicə olunur"
Tarix: 03-11-2020 14:48 | Bölmə: Cəmiyyət
Nazirlik: "Evdə olan COVID-19 xəstələri yalnız vitaminlər kompleksi vasitəsi ilə müalicə olunur"

"Yoluxmanın ilk simptomları müşahidə olunarsa, dərhal “814” Çağrı Mərkəzi və ya birbaşa sahə həkimi ilə əlaqə saxlamaq lazımdır".

Reyting.az
xəbər verir ki, bunu Səhiyyə Nazirliyi nəzdində olan işçi qrupunun üzvü Sevda Məmmədova deyib.

O, testin nəticələri pozitiv olan təqdirdə həmin şəxsin təcrid olunmasının, onunla bir mənzildə yaşayan ailə üzvlərinin isə bu rejimə riayət etməsinin olduqca vacib olduğunu vurğulayıb: "Testi pozitiv çıxan simptomsuz və yüngül simptomlu evdə müalicə alan vətəndaşlar xüsusi vitamin kompleksi ilə təmin olunur. Sahə həkimləri tərəfindən həmin xəstələrlə gündə iki dəfə əlaqə saxlanılır və vəziyyətləri müşahidə olunur. Evdə olan COVID-19 xəstələri yalnız vitaminlər kompleksi vasitəsi ilə müalicə olunur, digər dərman və tibbi müdaxilə həyata keçirilmir. Həmçinin ölkəmizdə 8 000-dən artıq evdə müalicə almış COVID-19 xəstəsinin vitamin kompleksi ilə təmin olunub. Sözügedən vitamin kompleksinə C və D vitaminləri, Sink, Selenium, Maqnezium və Parasetamol daxildir. Bu preparatlar birbaşa xəstələrin yaşadıqları yerlərə çatdırılır və pasiyentlər tərəfindən 15-20 gün ərzində qəbul edilir".




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq