12:29 / 14-05-2025
Sabah leysan yağacaq
07:56 / 14-05-2025
Zaxarova Makronu ələ salıb
Ermənilərin Bərdəyə raket zərbəsi zamanı yaralanan daha bir şəxs vəfat edib
Tarix: 05-11-2020 12:51 | Bölmə: Cəmiyyət
Ermənilərin Bərdəyə raket zərbəsi zamanı yaralanan daha bir şəxs vəfat edib

Sentyabrın 27-dən bu günə kimi Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin ağır artileriyadan atəşə tutulması nəticəsində 405 mülki şəxs yaralanmış, onlardan 43 nəfər ağır vəziyyətdə reanimasiyada stasionar müalicə olunur.

Baş Prokurorluqdan Reyting.az-a verilən məlumata görə, hadisə zamanı yaralananlardan biri də vəfat edib: 

"Dərin təəssüf hissi ilə bildiririk ki, 28 oktyabr 2020-ci il tarixdə Bərdə şəhərinin mərkəzi hissəsinin düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində ağır dərəcəli bədən xəsarətləri almış 1995-ci il təvəllüdlü Paşayev Niftalı Səlim oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat etmişdir"




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq