Bərdədəki terrorda yaralanan bank əməkdaşı vəfat edib
Tarix: 05-11-2020 17:52 | Bölmə: Cəmiyyət
Bərdədəki terrorda yaralanan bank əməkdaşı vəfat edib

"Oktyabrın 28-də düşmənin humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq döyüş bölgəsindən xeyli aralıda yerləşən dinc Bərdə şəhərini “Smerç” yaylım atəşli raket sistemindən atəşə tutması nəticəsində xəsarət alanlar arasında “Yelo Bank”ın Bərdə filialının əməkdaşı Paşayev Niftalı da var idi".

Reyting.az
xəbər verir ki, bu barədə Bank açıqlama yayıb.

Bildirilib ki, nankor hücum nəticəsində ağır yaralanan bank əməkdaşını xilas etmək üçün bütün komanda səfərbər olunub:

"Niftalının sağalması üçün əlimizdən gələni etdik, amma, çox təəssüf, dualarımız və həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı.

Bu xəbərdən nə qədər sarsıldığımızı ifadə etmək çox çətindir, Niftalının yaxınlarının hal-hazırda keçirdiyi hissləri hər birimiz keçiririk.

Yelo Ailəsi olaraq həmkarımızın ailəsinə səbr diləyir və dəstəyimizi onlardan əsirgəməyəcəyimizi bildiririk.

Allah rəhmət eləsin!".




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər