12:29 / 14-05-2025
Sabah leysan yağacaq
07:56 / 14-05-2025
Zaxarova Makronu ələ salıb
Rüşvət almaqda ittiham olunan keçmiş məmurların məhkəməsi başlayır
Tarix: 07-11-2020 10:01 | Bölmə: Cəmiyyət
Rüşvət almaqda ittiham olunan keçmiş məmurların məhkəməsi başlayır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Anar Poladov və həmin şöbənin əməkdaşları Səbuhi Rzayev, Afiq İbadovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Əli Məmmədovun sədrlik etdiyi kollegiya baxacaq.

Qeyd edək ki, Baş Prokurorluq və İqtisadiyyat Nazirliyinin birgə yaydığı məlumata əsasən, təqsirləndirilən şəxslər İqtisadiyyat Nazirliyinin aidiyyəti qurumu ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılıblar.

Onlara Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb və barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq