12:29 / 14-05-2025
Sabah leysan yağacaq
07:56 / 14-05-2025
Zaxarova Makronu ələ salıb
Mingəçevirdə yaşayış yerini özbaşına tərk edən iki COVID-19 xəstəsi saxlanılıb
Tarix: 09-11-2020 13:35 | Bölmə: Cəmiyyət
Mingəçevirdə yaşayış yerini özbaşına tərk edən iki COVID-19 xəstəsi saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinə COVID-19 infeksiyasına yoluxmuş iki şəhər sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a bildirilib, şəhər sakinləri - V.Qurbanova və İ.Bayramovanın koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, onlara ev şəraitində müalicə təyin edilib, ancaq həmin şəxslər karantin qaydalarını pozaraq yaşayış yerlərini tərk ediblər.

Polis əməkdaşları tərəfindən karantin qaydalarını pozan və vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradan V.Qurbanova və İ.Bayramovanın qanunazidd hərəkətlərinin qarşısı alınaraq, onlar həkim briqadasının da müşayiəti ilə koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Hər iki şəxs barəsində Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq