Əlilliyi olan şəxslərə avtomobil verilib
Tarix: 09-11-2020 15:04 | Bölmə: Cəmiyyət
Əlilliyi olan şəxslərə avtomobil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ və İkinci Dünya müharibəsi əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə minik avtomobilləri verib. Tədbirdə ümumilikdə 50 minik avtomobili hədiyyə olunub.

Tədbirdə çıxış edən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov bildirib ki, Ordumuzun haqq savaşında bir-birinin ardınca tarixi zəfərlər əldə etdiyi, ərazilərimizin Ermənistanın işğalından azad edildiyi bu günlərdə şəhid ailələrinin və müharibə əlillərinin mənzillə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri də uğurla davam etdirilir.

Bildirilib ki, Prezident İlham Əliyevin həssas əhali qruplarına, müharibə əlillərinə xüsusi qayğısı nəticəsində bu tədbirlər ildən-ilə geniş vüsət alır: “Bu il imtiyazlı şəxslərə 400 avtomobilinin verilməsi nəzərdə tutulub ki, onlardan böyük hissəsi artıq verilib, qalanları da ilin sonuna qədər veriləcək. İndiyədək 6964 minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təqdim edilib”.

Diqqətə çatdırılıb ki, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır, bunun artıq böyük əksəriyyəti verilib. Ümumilikdə ötən dövrdə 8318 mənzil və fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər