12:29 / 14-05-2025
Sabah leysan yağacaq
07:56 / 14-05-2025
Zaxarova Makronu ələ salıb
Ermənilər Tərtərin Əskipara kəndini atəşə tutub, mülki ev dağılıb
Tarix: 09-11-2020 15:27 | Bölmə: Cəmiyyət
Ermənilər Tərtərin Əskipara kəndini atəşə tutub, mülki ev dağılıb

Cəbhədə vəziyyət gərgin olaraq qalır.

Məlumata görə, noyabrın 8-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonun Əskipara kəndini artilleriya atəşinə tutub.

Kənd sakini Çingiz Rüstəmovun fərdi yaşayış evinə düşmən tərəfindən bir neçə mərmi atılıb. Nəticədə evə və evin həyətində yerləşən yardımçı tikililərə külli miqdarda ziyan dəyib, ev heyvanları tələf olub. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Qeyd edək ki, ermənilərin Tərtər rayonunun Əskipara kəndinə atdığı mərmilər nəticəsində ümumilikdə 80-ə yaxın evə ziyan dəyib, 20 ev tamamilə dağılıb/Report.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq