Nazirlikdən sosial şəbəkələrdəki saxta elanlarla bağlı - Xəbərdarlıq
Tarix: 10-11-2020 12:03 | Bölmə: Cəmiyyət
Nazirlikdən sosial şəbəkələrdəki saxta elanlarla bağlı - Xəbərdarlıq

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Elektron Təhlükəsizlik Xidməti sosial şəbəkə istifadəçilərimizə qarşı həyata keçirilən növbəti fişinq kampaniyasını qeydə alıb.

Nazirlikdən verilən məlumata görə, "Facebook", "Instagram" və digər sosial şəbəkələrdə "Azərbaycan vətəndaşlarını əbədi olaraq dəyişdirəcək elan" başlığı altında saxta elanlar yerləşdirilir. Məqsəd istifadəçilərin diqqətini cəlb edərək zərərli keçidlərə daxil olmağa sövq etməklə onları "tələyə" salmaqdır.

Belə ki, elanda göstərilən keçidə (sites.google.com) daxil olan istifadəçidən anket formasını doldurması istənilir və anketi dolduran istifadəçi zərərli saytlara yönləndirilir. Bu saytlara daxil olduqda istifadəçinin cihazına "zərərli proqramlar" ("adware") yüklənilir və cihazı yoluxur. Daha sonra bu proqramlar istifadəçinin fərdi məlumatlarını toplayır və kibercinayətkara ötürür.

Vətəndaşlardan xahiş olunur ki, sosial mediada maksimum diqqətli davransınlar, qarşılarına "pop-up" menyular şəklində çıxan saxta elanlara keçid etməsinlər və bu növ elanları elanın sağ küncdə yerləşən üç nöqtə (...) üzərinə klik etməklə şikayət etsinlər.

Həmçinin bu kimi hallarla üzləşdikdə, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər