BQXK əsir və meyitlərin mübadiləsi ilə bağlı açıqlama verib
Tarix: 11-11-2020 12:11 | Bölmə: Cəmiyyət
BQXK əsir və meyitlərin mübadiləsi ilə bağlı açıqlama verib

Ermənistanla Azərbaycan arasında meyit və əsirlərin mübadiləsi prosedurlarının başlanılması üçün ilk addım münaqişə tərəflərindən atılmalıdır.

Reyting.az
xəbər verir ki, bunu Modern.az-a Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəbəri İlahə Hüseynova deyib.

İ. Hüseynova qeyd edib ki, tərəflər razılığa gəldiyi halda, BQXK neytral vasitəçi olaraq, mübadiləni həyata keçirməyə hazırdır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı birgə Bəyanatın 8-ci bəndinə görə, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilməlidir.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər