10:02 / 07-07-2025
Ruslar Odessaya hücum edib
20:08 / 06-07-2025
BRICS Sammiti başlayıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
Vilayət Eyvazov işğaldan azad olunmuş rayonların polis rəisləri barədə əmr verib
Tarix: 12-11-2020 14:47 | Bölmə: Cəmiyyət
Vilayət Eyvazov işğaldan azad olunmuş rayonların polis rəisləri barədə əmr verib

"Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı rəhbər tutularaq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.

Reyting.az
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, sözügedən Fərmandan irəli gələn digər vəzifələrin də icrası davam etdirilir.




Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq