Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə daha 35 fərdi ev verilib
Tarix: 12-11-2020 16:36 | Bölmə: Cəmiyyət
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə daha 35 fərdi ev verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 7 rayonda 35 fərdi yaşayış evi (o cümlədən Qəbələdə 10, Şəkidə 8, Daşkəsəndə 6, Lerikdə 5, Kürdəmirdə 4, Oğuzda 1, Gədəbəydə 1) şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, Qəbələ rayonunda evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev iştirak ediblər.

Tədbirdə qeyd edilib ki, dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib.

Tədbirdə bildirilib ki, tarixi zəfərlə başa çatan 44 günlük müharibədən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev haqq savaşımızda yaralanmış hərbçilərlə görüşdə verdiyi tapşırığa uyğun olaraq, Nazirlik Vətən müharibəsində şəhid olmuş insanların yaxınlarına dəstəyin göstərilməsi, həmçinin onlara mənzillərin, evlərin verilməsi üçün müvafiq işləri yerinə yetirəcək.

Ümumilikdə ötən dövrdə 8353 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər