12:29 / 14-05-2025
Sabah leysan yağacaq
Bəzi şəhər və rayonlarda ictimai nəqliyyat işləməyəcək
Tarix: 14-11-2020 00:07 | Bölmə: Cəmiyyət
Bəzi şəhər və rayonlarda ictimai nəqliyyat işləməyəcək

Noyabrın 14-dən 16-dək Bakıda və daha bir neçə şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Bundan başqa, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara edilmiş dəyişikliyə əsasən, Gəncə, Yevlax, Mingəçevir, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Ağstafa rayonlarında da 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək ictimai nəqliyyat işləməyəcək.

Qeyd edək ki, Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti də dekabrın 1-dək dayandırılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq