12:29 / 14-05-2025
Sabah leysan yağacaq
Kəlbəcərdən çıxan ermənilər meşələrdəki ağacları da Ermənistana daşıyırlar - Video
Tarix: 15-11-2020 16:34 | Bölmə: Cəmiyyət
Kəlbəcərdən çıxan ermənilər meşələrdəki ağacları da Ermənistana daşıyırlar - Video

Kəlbəcərdən çıxan ermənilər yalnız evləri yandırmaqla kifayətlənmilər, meşələrdə, yol kənarında ağacları da kəsib özləri ilə Ermənistana aparırlar.

Bu məlumatlar “Sputnik Armeniya” portalında dərc edilib.

Portalın əməkdaşı kəsilən ağacların yük, hətta minik maşınlarında belə daşındığını müşahidə edib, bu mənzərəni videolentə alıb.

O da qeyd olunur ki, üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) razılaşmaya görə Kəlbəcəri tərk etməli olan insanlar mikroavtobus, iri yük maşınları ilə oradan hər şeyi daşıyırlar, özləri ilə apara bilmədiklərini isə yandırılar ki, azərbaycanlılara heç nə qalmasın.



APA




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:29 Sabah leysan yağacaq
Dünən, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq