Çay evinin sahibi və 18 müştəri karantin qaydalarını pozub
Tarix: 11-12-2020 14:45 | Bölmə: Cəmiyyət
Çay evinin sahibi və 18 müştəri karantin qaydalarını pozub

Abşeron rayonunda komendant saatının tələblərini və karantin qaydalarını pozaraq fəaliyyət göstərən çay evi aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, Xırdalan şəhərində polislər tərəfindən nəzarət tərdbirləri həyata keçirilən zaman “Ray club”adlı çay evinin müəyyən edilən tələbləri kobud sürətdə pozaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Çay evində qaydalara əks olaraq müştərilərə qəlyan da təklif edilib. Obyektin sahibi, xidmət personalı və orada olan 18 müştəri Abşeron Rayon Polis İdarəsinə gətiriliblər. Onlar barəsində inzibati protokollar tərtib edilib.

Toplanan materiallar baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər