ÜST rəsmisi: “Azərbaycanda koronavirusa yoluxma bu şəkildə davam edərsə...”
Tarix: 12-12-2020 15:14 | Bölmə: Cəmiyyət
ÜST rəsmisi: “Azərbaycanda koronavirusa yoluxma bu şəkildə davam edərsə...”

“Özümüzə diqqət etməsək səhiyyə sistemi bu yükü qaldıra bilməyəcək”.

Bunun Gəncə şəhərində səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, ən birinci vasitə qorunmaq və gigiyenik qaydalara əməl edilməsidir.

“Bilirsiniz ki, Azərbaycanda koronavirusa yoluxma artır. Hər kəsin olduqca diqqət etməsi lazımdır. Artım bu şəkildə davam edərsə, səhiyyə sistemi bu yükün altından qalxa bilməyəcək. Dünya səhiyyə sistemi belə artan xəstələrin yükünü qaldırmaqda çətinlik çəkər. Hər kəsin özünü qoruması lazımdır. Xüsusən qış aylarında bütün gigiyenik qaydalara əməl edilməsi çox önəmlidir. Düzdür, son 10 gündə yoluxma sayında kiçik də olsa, azalma müşahidə olunur. Ümid edirik ki, karantin rejiminin tətbiqi ilə vəziyyət yaxşılığa doğru dəyişəcək”, - deyə H.Harmancı qeyd edib/APA.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər