Bakıda tibbi maskadan istifadə etməyən koronavirus xəstəsi saxlanılıb
Tarix: 12-12-2020 16:24 | Bölmə: Cəmiyyət
Bakıda tibbi maskadan istifadə etməyən koronavirus xəstəsi saxlanılıb

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları 34 yaşlı Rəşad Əhmədovu Binə qəsəbəsində ictimai yerdə tibbi maskadan istifadə etmədiyinə görə saxlayıb.

Reyting.az
DİN-ə istinadla xəbər verir ki, araşdırma zamanı onun aktiv COVID-19 virusunun daşıyıcısı kimi qeydiyyatda olduğu müəyyən olunub.

Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

Onun barəsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər