General: "Karantin postlarının tələblərinə əməl etmək lazımdır"
Tarix: 12-12-2020 16:48 | Bölmə: Cəmiyyət
General: "Karantin postlarının tələblərinə əməl etmək lazımdır"

"Karantin postlarının qurulması, məhdudiyyətlərin tətbiq edilməsi təsadüfü deyil. Bu, ölkəmizdə koronaviruslu xəstələrin sayının artması ilə bağlıdır. Pandemiyanın qarşısını almaq üçün zərurətdən belə addımlar atılır".

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib.

O, vətəndaşları tətbiq olunan məhduduyyətlərə anlayışla yanaşmağa, qaydalara riayət etməyə çağırıb: "Bu, insanların özləri üçün tətbiq edilən məhdudiyyətdir. Hər birimiz bilməliyik ki, bu, bizim gələcəyimiz, ailəmiz, həyatımız üçün vacibdir. Ona görə də qaydalara əməl etmək, sosial məsafəni gözləmək, məhdudiyyətləri qəbul etmək lazımdır. Polislə üz-üzə dayanmaq olmaz".

Xatırladaq ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək/Report.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər