Gəncədə şəhidlərlə bağlı kampaniya keçirilib - Fotolar
Tarix: 13-12-2020 11:43 | Bölmə: Cəmiyyət
Gəncədə şəhidlərlə bağlı kampaniya keçirilib

Gəncə şəhər sakinləri Vətən müharibəsində şəhid olanların xatirəsinə ağacəkmə kampaniyası keçiriblər.

Reyting.az
-ın məlumatına görə, şəhərin Heydər Əliyev park-kompleksində Gənclər Evinin qarşısında keçirilən aksiyada Gəncə şəhərinin icra başçısı Niyazı Bayaramov, Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, şəhid polkovnik Səməd Abbasovun qardaşı Hacı Tahir Abbaszadə, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztür, idarə və müəssisələrin əməkdaşları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə şəhidlərin ruhu yad edilib.

Aksiyada simvolik olaraq 2783 şam və digər həmişəyaşıl ağaclar əkilib.

Reyting.az APA-ya istinadla ağacəkmə kampaniyasından fotoları təqdim edir:







Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq