Deputatlığa keçmiş namizəd koronavirusdan vəfat edib
Tarix: 13-12-2020 21:37 | Bölmə: Cəmiyyət
Deputatlığa keçmiş namizəd koronavirusdan vəfat edib

Bu ilin fevral ayında ölkədə keçirilən parlament seçkilərində 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizəd olmuş hüquqşünas Xəyal Məmmədxanlı koronavirusdan vəfat edib.

Reyting.az
 xəbər verir ki, bu barədə jurnalist Hacıbəy Heydərli sosial şəbəkə hesabında məlumat verib.

"Koronavirus daha bir gənc ziyalımızı, dəyərli insanı bizdən aldı. 2 ay öncə bir verilişdə qonaq idik. Hadrutun işğaldan azad edilməsi xəbərini məndən eşitdi, sevincindən gözləri doldu. COVİD-ə yoluxana qədər də ön cəbhədə idi, əsgərlərə yardım aparırdı".

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq