Müharibədən qayıdanların müraciətləri araşdırılır
Tarix: 13-01-2021 12:18 | Bölmə: Cəmiyyət
Müharibədən qayıdanların müraciətləri araşdırılır

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış komissiyaya əsasən hansı müraciətlərin daxil olması açıqlanıb.

Reyting.az
bildirir ki, bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov məlumat verib.

O bildirib ki, sistemli şəkildə müraciətlər yoxdur: “Lakin daha çox müraciətlər medallarla, hərbi biletlərdə müvafiq qydiyyatların aparılması ilə bağlıdır. Komissiyanın üzvləri də bununla bağlı qeydiyyatları aparır və lazımi köməkliklər edirlər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}