Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
Nazir Emin Əmrullayevə bir neçə sual
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
Anar Əsədlidən 4 şikayətçi var
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
"Neftçi" qələbə qazanıb
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
Tarix: 01-06-2017 12:27 | Bölmə: Cəmiyyət

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 4-də 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək. İmtahanlar Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 29 imtahan binasında aparılıcaq.
Reyting.az DİM-ə istinadla xəbər verir ki, imtahanlar bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq.
Bakalavrlar imtahanda iştirak etmək üçün DİM-in internet saytına daxil olaraq istifadəçi adı və paroldan istifadə etməklə "Bakalavrın imtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Burada bakalavrların imtahan verəcəyi şəhər, bina və digər zəruri məlumatlar qeyd olunur.
Bakalavrlar imtahana gələrkən aşağıdakı sənədləri özləri ilə mütləq gətirməlidirlər:
• Şəxsiyyəti təsdiq edən sənədin əslini;
• "Bakalavrın imtahana buraxılış vərəqəsi”ni.
Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, bakalavr imtahana buraxılmayacaq.
İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2017-ci il mayın 4-dən 22-dək aparılıb və 9522 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8664 nəfəri Azərbaycan bölməsi, 858 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrların 4027 nəfərini oğlanlar, 5495 nəfərini qızlar təşkil edir. 5621 nəfər ali təhsil müəssisələrinin builki, 3901 nəfər isə əvvəlki illərin məzunudur. 19 bakalavr xarici ölkə vətəndaşıdır.
İmtahanın idarə olunmasına 89 imtahan rəhbəri, 867 nəzarətçi-müəllim ayrılıb.
Bölməyə aid digər xəbərlər
















ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək