Koronaviruslu uşaqlar üçün xüsusi yerlərin hazırlanması barədə məlumata aydınlıq gətirilib
Tarix: 01-02-2021 13:39 | Bölmə: Cəmiyyət
Koronaviruslu uşaqlar üçün xüsusi yerlərin hazırlanması barədə məlumata aydınlıq gətirilib

Zığ qəsəbəsində yerləşən koronaviruslu (COVID-19) xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalda koronavirus infeksiyasına yoluxmuş uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir ki, son günlər bəzi sosial şəbəkə səhifələrində FHN-nin Tibb Mərkəzinin Bakı şəhərinin Zığ qəsəbəsində yerləşən koronaviruslu (COVID-19) xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında koronavirus infeksiyasına yoluxmuş uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır:

"Fövqəladə Hallar Nazirliyi olaraq bu məlumatları qəti şəkildə təkzib edir və kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırır, ictimaiyyətdən isə yalnız rəsmi məlumatlara etibar etməyi xahiş edirik".




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq