Avropada qeyri-adi meteoroloji hadisə: qoca qitə sarı rəngə boyanıb - Fotolar
Tarix: 08-02-2021 07:07 | Bölmə: Cəmiyyət
Avropada qeyri-adi meteoroloji hadisə: qoca qitə sarı rəngə boyanıb

Avropada qeyri-adi meteoroloji hadisə baş verib.

Reyting.az
xəbər verir ki, Fransa, İsveçrə, Andorra və bir neçə başqa ölkənin şəhərləri gözlənilmədən sarı rəngə boyanıb.

Qarlı ərazilər, eləcə də xizəksürmə kurort məkanları isə qəhvəyi rəng alıb.

Mütəxəssislər bunu Aralıq dənizi hövzəsində cənub və cənub-şərq istiqamətində əsən güclü isti küləyin (Sirokko küləyi) Saxara səhrasından sarı, narın qum dənələri və müəyyən miqdarda kül kütləsi gətirməsi ilə izah edirlər.

Xüsusilə fərqli görüntü Fransada qeydə alınıb. Ölkənin Lion şəhərində, Sona çayı sahilində bütün ərazilər, hətta səma da saralıb.(Novator.az)









Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq