Britaniyalı nazir Müşfiqabad qəsəbəsindəki təhsil mərkəzində olub
Tarix: 08-02-2021 12:58 | Bölmə: Cəmiyyət
Britaniyalı nazir Müşfiqabad qəsəbəsindəki təhsil mərkəzində olub

Böyük Britaniyanın Avropa qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycana səfərə çərçivəsində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən “British Council” Təhsil Mərkəzində olub.

Nazir Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən mərkəzin müəllim və şagirdləri ilə söhbət edib.

Xatırladaq ki, Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində qaçqınlar və məcburi köçkünlər üçün yaşayış kompleksində yerləşən İngilis dili üzrə Resurs Mərkəzi Təhsil Nazirliyi, Britaniya hökuməti və “British Council”ın dəstəyi ilə 2019-cu ildə açılıb/Report.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq