Sabah IX siniflər üzrə sınaq qiymətləndirmə keçiriləcək
Tarix: 08-02-2021 13:38 | Bölmə: Cəmiyyət
Sabah IX siniflər üzrə sınaq qiymətləndirmə keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən IX siniflər üzrə sınaq qiymətləndirmə keçiriləcək.

İdarədən Reyting.az-a verilən məlumata görə, sınaq qiymətləndirmə fevralın 9-da mövcud epidemioloji vəziyyətlə əlaqədar onlayn şəkildə təşkil olunacaq.

Sınaq qiymətləndirmənin keçirilməsinin əsas məqsədi şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin müəyyənləşdirilməsindən ibarətdir.

Sınaq qiymətləndirmə riyaziyyat, ingilis dili və təlim dili üzrə keçiriləcək.

Ümumilikdə 85 sualın (təlim dili 30, riyaziyyat 25, ingilis dili 30 sual) cavablandırılması üçün şagirdlərə 3 saat (14:00-17:00) vaxt veriləcək. Qiymətləndirmə bitdikdən sonra şagirdlərin topladığı bal ümumi təhsil müəssisələrinə göndəriləcək.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq