Türkiyədə ekstremal hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
Tarix: 08-02-2021 14:49 | Bölmə: Cəmiyyət
Türkiyədə ekstremal hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Türkiyənin Şərqi Anadolu bölgəsində ekstremal hava şəraiti gözlənilir.

Türkiyə KİV-ləri xəbər verir ki, Van, Bitlis, Muş və Hakkari şəhərlərində əlverişsiz hava şəraiti ilə bağlı əhaliyə müraciət edilib.

Bildirilir ki, şiddətli qar yağışı, yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi, yolların buz bağlaması gözlənilir. Hava temperaturu mənfi dərəcəyə enəcək.

Əhaliyə zərurət olmadıqca yaşayış yerini tərk etməmək, hava şəraitini nəzərə almaq tövsiyə olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq