13:15 / 17-05-2025
Dövlət qulluqçularının reyestri aparılacaq - Fərman
13:00 / 17-05-2025
İlham Əliyev Tokayevə zəng edib
12:52 / 17-05-2025
Prokurorluq və DİN məktəblinin ölümü ilə bağlı birgə məlumat yayıb
12:06 / 17-05-2025
Sabahın hava proqnozu açıqlanıb
10:38 / 17-05-2025
Venera planetində yaşayış mümkündür
09:35 / 17-05-2025
Kim Çen In orduya "müharibəyə hazır ol" tapşırığı verib
09:32 / 17-05-2025
Səfir Trampa görə istefa verib
09:18 / 17-05-2025
Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub
00:07 / 17-05-2025
İlham Əliyev Azərbaycana dönüb
21:39 / 16-05-2025
Sumqayıtda daha bir nəfər dəm qazından ölüb
21:31 / 16-05-2025
Ermənistan ordusunun cinayətləri ilə bağlı hesabat məhkəmədə nümayiş olunub - Yenilənib
19:47 / 16-05-2025
Bu generallar üçün yaş məhdudiyyəti ləğv edilir
19:17 / 16-05-2025
Oleq Bakinskinin məhkəməsində mülki iddia qaldırılıb
18:31 / 16-05-2025
Gizlədilmiş üç vaqon qızılın yerini müəyyən ediblər - Foto
18:20 / 16-05-2025
MDB-nin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib - Fotolar
17:38 / 16-05-2025
Bu gün Əfv Komissiyası 100-dən çox müraciətə baxıb - (Yenilənib)
17:37 / 16-05-2025
Türkiyənin qlobal rolu artır, təsir imkanları genişlənir - Partiya sədri
16:02 / 16-05-2025
İlham Əliyev Albaniyada Zirvə toplantısında - Yenilənib - Foto
15:57 / 16-05-2025
Qurani-Kərimi yandıran siyasətçini deportasiya ediblər
15:02 / 16-05-2025
15 gün sovetlərsiz yaşayan Lənkəran...
14:52 / 16-05-2025
Makron Azərbaycan prezidenti ilə görüşüb
14:28 / 16-05-2025
Prezident Jelka Tsviyanoviç ilə görüşüb
14:21 / 16-05-2025
İlham Əliyev Avropa İttifaqı rəhbərləri ilə görüşüb - Fotolar
14:11 / 16-05-2025
Bank hesablarından oğurluq: şikayətə 24 saat ərzində baxılacaq
14:03 / 16-05-2025
İlham Əliyev Nikol Paşinyanla görüşüb
13:51 / 16-05-2025
Netanyahu: Qəzzada ən azı 20 məhbus hələ də sağdır
13:43 / 16-05-2025
Kansler: Rusiyaya qarşı yeni sanksiyalar qəbul ediləcək
13:07 / 16-05-2025
Şəhid Elşən Ərzumanovun dəfn mərasimi olub
12:56 / 16-05-2025
Şəhid Yusif Məmmədov Sumqayıtda dəfn olunub
12:53 / 16-05-2025
Əli Əsədov Milli Məclisdə hesabat verəcək - Bu tarixdə
13:04 / 13-05-2025

16:13 / 12-05-2025

15:32 / 12-05-2025

17:48 / 12-05-2025

18:10 / 13-05-2025

17:13 / 13-05-2025

08:33 / 14-05-2025

15:10 / 12-05-2025

14:55 / 12-05-2025

21:28 / 13-05-2025

23:22 / 14-05-2025

42 yaşlı İslam dövləti - Qurban Cəbrayıl yazır
Tarix: 12-02-2021 14:45 | Bölmə: Cəmiyyət

Bizim oxuduğumuz tarix dərsliklərində bu hadisə, onu doğuran səbəblər, hərəkətverici qüvvəsi və nəticələri barədə heç nə yazılmamışdı. Daha çox kütlələrin idarəçiliyi, istehsal vasitələri üzərində mülkiyyət formaları, qarşılıqlı əmək münasibətləri ilə müəyyənləşən, ibtidai icma quruluşundan tutmuş, sosializmə qədər sıralanan ictimai-iqtisadi formasiyalar arasında da adı yox idi. Çünki hakimi-mütləqlərin arzusuna uyğun yazılmış, rəsmi ideologiyanın köləsinə çevrilmiş və ciddi təhriflərə uğradılmış tarixi faktları yalnız kağız üzərindən öyrənirdik. O isə həyatda baş verir, zalıma və zülmə meydan oxuyur, insanı yaranmışların ən üstünü, şərəflisi elan edirdi - Allah-təalanın sonuncu və ən mütərəqqi dini olan İslamın ilahi qanunlar toplusu, birgəyaşayış kodeksi sayılan Qurani-kərimdə buyurulduğu kimi...
Bütün bunları hələ çox sonralar öyrənib biləcəkdik, o zaman radio vasitəsilə xəbər tutduğumuz İmam Xomeyni adlı şəxsin uzaq Fransadan qonşu İrana gəlməsi, xalqın ayağa qalxıb şah üsul-idarəsini devirməsi və İslam dövlətinin qurulması idi...
Bəli, bu gün həmin möhtəşəm tarixi hadisədən 42 il ötür. 1979-cu ilin 1 fevral (12 bəhmən – h.ş) günü 15 il sürgündə qalmış Ayətullah Ruhullah Musəvi Xomeyni (r.ə) Tehrana qayıtdı, 11 fevralda (22 bəhmən) İranda İslam inqilabı qələbə çaldı. 42 ildir ki, lap sərhədlərimizin yaxınlığında böyük bir ölkə, xalq yaşayır, yaradır, öz haqqının, dünya məzlumlarının tapdalanmış hüquqlarının müdafiəsinə qalxır, şəhid verir, amma irticaya baş əymir, bir qarış torpağının işğalına və bir ovuc təbii sərvətinin talanmasına imkan vermir.

Əslində İrana qarşı imperialist qüvvələrin belə vəhşi şəkildə diş qıcamasının, neçə illərdir amansız, qeyri-insani sanksiyalar girdabında saxlanılmasının əsas səbəbi də elə İslami həyat tərzi və bundan irəli gələn tövsiyələrə - özünü supergec sayanların qılıncının altından keçməmək, hakimiyyətin saxlanılması naminə xalqın malını tiranlara paylamamaq, yuxuya daldırılıb var-yoxu soyulan millətləri silkələyib oyatmaq və digər məsələlərə əməl etməsidir. Guya Pəhləvi rejimi dövründə bu ölkə ilə nüvə sazişimi bağlanmamışdı, SAVAK-ın gizli zindanlarında insan haqlarımı pozulmurdu, ölkənin hərbi-texniki potensialımı başqalarına təhlükə yaratmırdı..? Xeyr! Sadəcə, İslam inqilabından əvvəlki İran geniş əraziləri, zəngin xammal bazaları, qul yerinə işlədilən əhalisi ilə Qərbin ixtiyarında idi və məsələlərə hüquqi kontekstdən, beynəlxalq konvensiyalara uyğun yox, qoluzorluluqla yanaşan dünya jandarmeriyası belə bir “yağlı tikə”ni itirmək istəmirdi. Və buna çalışdı da...
İslam İnqilabının qələbəsindən heç ilyarım keçməmiş, qonşu İraqı İranın üzərinə qaldırdılar. Səddam Hüseynin “yadına düşdü” ki, 1975-ci ildə Əlcəzairdə İran şahı Məhəmməd Rza Pəhləvi ilə bağladığı Şəttül-ərəb çayının yatağı boyunca sərhədin müəyyənləşdirilməsi barədə müqavilə onun ziyanınadır. Əlcəzair razılaşmasını denonsasiya edərək adıçəkilən su hövzəsinin şərq sahillərini İraq ərazisi saymaqla Əbu Musa, Böyük və Kiçik Tonb adalarının iranlılardan təmizlənməsi tələbi səsləndirdi. Və qəfil hücumla Xuzistana soxuldu... 8 il ərzində 600 min şəhid verən gənc İslam dövləti nəinki qısa müddətdə bütün itirdiyi torpaqları azad elədi, hətta döyüş əməliyyatlarını İraq ərazisinə keçirdi. ABŞ və digər müttəfiqləri tərəfindən silah-sursatla (hətta kimyəvi bombalarla) təmin olunan Səddam rejimi biabırçı məğlubiyyətə düçar oldu.
Sonrakı dönəmlərdə də dinc quruculuq işlərinə süni əngəllər törədilən İran xalqı bütün müşküllərə baxmayaraq, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, səhiyyə, sosial rifah və digər sahələrdə tərəqqi arzuları və onun reallaşdırılması yolları aramaqdan bir an da olsa, əl çəkmədi. Və nəticə göz qabağındadır: çoxsaylı vacib istiqamətlər üzrə dünya səviyyəsində ən üstün pillələrdədir, I-III yerləri bölüşür.
Bu 42 ilin elə bir ayı, həftəsi, günü olmayıb ki, İslam Respublikası təhdidlər, böhtanlar, təzyiqlərlə üzləşməsin. Monolit təsisatlar, dövlət-xalq birliyi, İmam Hüseyn Məktəbindən alınan dərs müqabilində şəhidpərvər kütlələrlə döyüş meydanında üz-üzə gəlməkdən ehtiyatlanan xarici müdaxiləçilər guya, daxili müxalifəti fəallaşdırmaqla çirkin məqsədlərinə çatacaqları planlarını da heç vaxt gizlətməyiblər. Gərginlik daha çox Fələstin müqavimətinə dəstək, İsraili dövlət kimi tanımamaq, dincməqsədli müvə texnologiyasına sahiblənmək zəminində baş verib. Çoxsaylı satqın ərəb dövlətlərinin mason-sionistlərlə işbirliyinə rəğmən, şiə İranı sünnü Fələstinin haqq mübarizəsinə köməyini əsirgəməyib, HƏMAS-a dəstəkdə suçlanıb, Qəzza sektorunda mühasirə vəziyyətində saxlanılan məzlum insanlara yardımlar göndərib. Ümumiyyətlə, rəsmi Təl-əvivin işğalçı, qanunsuz məskunlaşdırma, beynəlxalq müqavilələrdən çıxaraq hegemonluq siyasətini ifşa etməsi rəsmi Tehrana ABŞ-İsrail qismində düşmən qazandırıb. Və hazırda dünyada zorən formalaşmış məhdud anti-İran cəbhəsinin başında məhz həmin cütlük dayanır.

Qərdən Şərqə hansısa zəmində, formatda bütün növ müasir səlib yürüşlərinə antiterror kampaniyası adı qoyulub. 2011-ci ilin martında başladılan və bəşəriyyətin gözünə kül üfürərək “Vətəndaş müharibəsi” kimi hallandırılan Suriya faciəsi də bu qəbildəndir. ABŞ-ın başçılıq etdiyi “antiterror” koalisiyası 10 ildir ki, çox da güclü olmayan bu ərəb ölkəsini yerlə-yeksan edib, arada İsrail aviasiyası da təlim uçuşlarını dinc suriyalıların başına bomba yağdırmaqla reallaşdırır. Əslində isə əsas hədəf İran idi, Suriya sadəcə bufer zona rolunu oynadı. Hələ yenə də İslam Respublikasını bu ölkədə təxribata çəkməyə, açıq müharibəyə cəlb eləməyə çalışırlar, Ali Rərbərliyin təmkini və müdrik qərarları düşmənin qanlı planlarını pozur.
Qonşu və qardaş məmləkətin yüksəlişi zəminində siyasi qısqanclıqlardan qaynaqlanan ən böyük təzyiq sülhməramlı nüvə strategiyasına görədir. Hansı ki, rəsmi Tehran, hətta Ali Rəhbər öz məqamından, atom bombasının, digər kütləvi qırğın silahlarının yaradılmasını İslami nöqteyi-nəzərdən haram sayıldığını dəfələrlə bəyan edib. Bununla əlaqədar beynəlxalq konvensiyalara sayğı göstərib, Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq edib, müfəttişləri Buşəhrə, Natanza buraxıb (onlar da insafən, sentrafuqaların normativdən artıq yüklənmədiyini bildiriblər), nəticədə, 2015-ci ilin iyulunda “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ-la Hərtərəfli Birgə Fəaliyyət Planı qəbul olunub. Saziş iyulun 20-də BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib. Razılaşmaya əsasən, İran sentrafuqaların artıq zənginləşdirilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən aradan qaldırılır. Amma ötən il mayın 8-də ABŞ sabiq prezident Donald Trampın imtinası ilə nüvə proqramına dair müqavilədən birtərəfli qaydada çıxdı. Eyni zamanda, İrana qarşı bütün sanksiyalar, o cümlədən ikinci dərəcəli, yəni bu ölkə ilə biznes quranlara qarşı da məhdudiyyətlər yenidən işə salındı. Çox təəssüf ki, qarşı tərəfdəki üç Avropa dövləti (Almaniya, Böyük Britaniya, Fransa) də BMT TŞ-nin ratifikasiya etdiyi mötəbər sənəddən geri çəkilməklə imzalarına hörmətsizlik göstərərək, özlərinə etibarsızlıq və etimadsızlıq mühiti formalaşdırdılar.

Səud rejiminin dəstəklədiyi hakimiyyətin sakinlərə, xüsusən şiəməzhəblilərə divan tutması hələ 2004-cü ildən Yəməndə ümumxalq narazılığını gücləndirmiş, münaqişə ocağını alovlandırmışdı. Əbdül Malik əl-Husinin başçılıq etdiyi kütlələr rəsmi Sananın siyasətinə qarşı dəfələrlə üsyan qaldırıblar. 2012-ci ildə ər-Riyaddan təlimatlar alan Əbdürəba Mənsur əl-Hadinin hakimiyyətə yiyələnməsi vəziyyəti daha da ağırlaşdırdı. Şimaldakı Saad əyalətində başlanan döyüşlər 2015-ci ildən aktiv müharibə fazasına keçdi və Yəmən mühasirəyə alındı. Səudiyyə Ərəbistanının başçılığı ilə formalaşdırılmış antiterror koalisiyası (yenə də lənətə gəlmiş antiterror...) tam blokadada saxlanılan ölkəni hər gün bombalayır. Fələstində Qəzza faciəsinin bir modelidir: xalqı aclıqla, xəstəliklə sındırıb Husilərə dəstəyi dayandırmaq və neçə ildir sığınacaq verdiyi Mənsur Hadini qanlı kreslosuna qaytarmaq istəyirlər. Yəmən xalqı ilə bacarmırlar, arada Husi üsyançılarını İranın və Livan Hizbullahının silahlandırdığı barədə böhtanlar səsləndirirlər. Əvvəla, söhbət cəbbəxanadan getmir, İslam Respublikası aclıqdan, susuzluqdan, vəbadan kütləvi şəkildə məhv olan məzlum yəmənlilərə siyasi-maddi-tibbi kömək etməyə çalışır. Etməsinmi? Axı, XXI əsrin utanc yeri olan bu ölkədə yaşanan insanlıq dramına kənardan sakit durub baxmaq mümkün deyil. Hər anın dəhşətli ölüm statistikaları: göydən yağdırılan bombaların, aclığın, səfalətin, qaçqınlığın, epidemiyaların sonlandırdığı milyonlarla günahsız talelər... Yarım milyondan çox əhali vəbaya yoluxub, 2 milyon uşaq qidasızlıqdan əziyyət çəkir... Yəmən mühasirədə, Sana aeroportu bağlı – nə ərzaq qəbuluna imkan verirlər, nə dərman...
Səddam rejimi bitdi, amansız diktator rüsvaycasına gizləndiyi kanalizasiya quyusundan çıxarılaraq asıldı, lakin İraqın faciələri yekunlaşmadı. İranın sərhəd qonşusuna zəngin neft yataqlarına görə bu gün də rahatlıq verilmir, nəinki daxili, İranla bağlı, regional problemlərə də məşğul edilir...
İslam aləminin tanınmış şəxsiyyətlərinə, siyasətçilərinə, hərbçilərinə, alimlərinə terrorun, sui-qəsdin ardı-arası kəsilmir. Bağdad hava limanında SEPAH Qüds briqadasının komandanı, general Qasim Süleymaniyə, Tehran yaxınlığında görkəmli nüvə fiziki Möhsün Fəxrizadənin qətli son vaxtların ağrılı hadisələridir.
Bu mövzuda çox yazmaq, danışmaq olar. İslami İran Qərbdən Şərqə - özü də dini, məzhəbi, irqi ayrıseçkilik salmadan – haqları pozulan, qeyri-əxlaqi həyat tərzi ilə uçuruma sürüklənən, üzərində vəhşi sınaqlar aparılan, azadlığı əlindən alınan, ən yüngül halda isə təhqirə məruz qoyulan bütün insanların təəssübkeşi və müdafiəçisidir. Bu sırada harın hakimiyyətlərin aldatdığı Amerikanın müxtəlif inanclı gəncləri də var, hər saat partlayışa qurban gedən əfqanlar, haqları pozulan kəşmirlilər, yurd-yuvasından didərgin salınan Myanma müsəlmanları da... Elə Ayətullah Seyid Əli Xamenei cənablarının Ali Rəhbər, siyasi xadim, dövlət başçısı məqamında yox, bir ağsaqqal, ata, baba qayğısı və narahatlığı ilə 6 il öncə Amerika və avropalı gənclərə ünvanladığı məktub-müraciət də dediklərimizə bariz nümunədir.

Məncə, İran dövləti və xalqı, İslam İnqilabının ildönümləri barədə yazanda belə məqamları önə çəkmək, qabartmaq gərəkdir, - özü, öz əhalisi, ölkəsindən ötrü deyil, dünya müsəlmanları, planetin bütün mütərəqqi insanları, bəşəriyyə üçün yaşayan İran... - nəinki bəzi sosial şəbəkələrdə, hətta İslami saytlardakı “o getdi, bu gəldi” məhdud məzmunlu 5-6 cümləlik xəbərlər vermək...
O ki qaldı İran-Azərbaycan münasibətlərinə, süni şəkildə yaradılan xırda narazılıqları nəzərə almasaq, bu sahədə vəziyyət həmişə ürəkaçan olub: 1991-ci il 19 oktyabrda imzalanmış Müstəqillik Aktımızı ilk tanıyanlardandır, ermənilərin torpaqlarımıza təcavüzünü ali tribunalardan pisləyib və işğalçı qoşunların təcili çıxmasını tələb edib, qaçqın-köçkünlərimizə, aztəminatlı ailələrə yardımlar göstərib, 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizə sevinib, azadlığa qovuşan ərazilərdə quruculuq işlərinə hazırlığını bildirib və sair. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev də rəsmi görüşlərdə söylədiyi müxtəlif xoşməramlı fikirlərdən əlavə, neçə illər əvvəl Azərbaycan coğrafiyasından İrana qarşı plasdarm kimi istifadənin mümkünsüzlüyünü bəyan edib, işğaldan sonra ilk dəfə Cəbrayıl-Qubadlı istiqamətində səfərə çıxanda Azərbaycan-İran hüdudlarını “dostluq, qardaşlıq, mehribanlıq sərhədi” adlandırıb.
Başda Ali Rəhbər, dövlət-hökumət rəsmiləri olmaqla, bütün İran xalqını, respublikamızdakı diplomatik korpusun kollektivini, iranlı həmkarlarımı İslam İnqilabının qələbəsinin 42-ci ildönümü münasibətilə təbrik edir, daha böyük uğurlar diləyir, qonşu, qardaş məmləkətin tezliklə dünyanın inkişaf etmiş ölkələri sırasında olmasını arzualyıram!
Qurban CƏBRAYIL
“Qələm” Yazarlar Birliyinin sədri
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:59
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bu gün, 12:06
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 21:39
Sumqayıtda daha bir nəfər dəm qazından ölüb
Dünən, 12:23
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 11:02
Nazirliyin keçmiş vəzifəli şəxsi həbsdə ölüb
Dünən, 08:19
Rusiya jurnalist və siyasi fəal İlya Azarı axtarır
15-05-2025, 23:13
İcraçı direktor vəzifədən azad olunub
15-05-2025, 18:45
“Ulduz”lu görüşlər”in növbəti qonağı Elçin Mirzəbəyli olub - Fotolar
15-05-2025, 16:25
Ölən ulduzun səs yazısını mahnıya çeviriblər
15-05-2025, 14:16
Vəzifə arzusu həkimə baha başa gəlib - Məhkəmə prosesi
15-05-2025, 13:41
Sabah hava necə olacaq? - Proqnoz
15-05-2025, 11:44
Natiq Məmmədli: "Gənc jurnalistlərə demək istəyirəm ki..."
15-05-2025, 11:30
Məmurların cinayət işində prokurorluq əməkdaşı ifadə verib
15-05-2025, 09:58
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
15-05-2025, 00:12
Azərbaycanlı tələbənin meyiti 40 gün sonra Kür çayından tapılıb
14-05-2025, 23:10
İnsanlar Marsda yaşaya bilərmi?
14-05-2025, 19:38
Rusiya azərbaycanlı blogeri axtarışa verib - Foto
14-05-2025, 17:47
Zəngin qadın bahalı çanta götürməyi utancverici sayır
14-05-2025, 17:44
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür
14-05-2025, 17:02
Maşın 11-ci sinif şagirdini vuraraq öldürüb
14-05-2025, 16:01
İlhamə Elşadqızı: "Narkoman deyiləm..."
14-05-2025, 15:20
Keçmiş mətbuat katibi İcra Hakimiyyətindəki vəzifəsindən ayrılııb
14-05-2025, 12:42
Nazirliyin sabiq idarə rəisinin cəzası azaldılıb
14-05-2025, 12:29
Sabah leysan yağacaq
14-05-2025, 09:43
Ay torpağından oksigen hasil edəcəklər - Fotolar
13-05-2025, 23:00
Xəstəxanaya direktor təyinatı olub
13-05-2025, 21:12
Nalayiq hərəkətlər edən vəzifəli şəxs işdən qovulub
13-05-2025, 16:00
Magistraturalara imtahanın nəticələri elan olunub
13-05-2025, 15:02
Şərurlu İsfəndiyar məhkəməyə gəlib - Qalmaqal
13-05-2025, 12:46
Müəllimlərin sertifikasiya imtahanının vaxtı bəlli olub
13-05-2025, 12:34
Sabah yağış yağacaq
13-05-2025, 10:37
İnsan alveri: 11 nəfər beynəlxalq axtarışa verilib
13-05-2025, 09:48
İcra başçısı Ali Məhkəmənin qərarını icra etmir
13-05-2025, 08:21
Sakit okeanda zəlzələ baş verib
13-05-2025, 00:33
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi qəfil vəfat edib
12-05-2025, 21:24
"Son zəng" üçün pul tələb edən məktəb direktoru vəzifədən çıxarılıb
12-05-2025, 18:26
Bir milyon dollarlıq qarışqa yükü tutulub - Foto
12-05-2025, 17:18
1868 müəllim iş yerini dəyişib
12-05-2025, 15:07
Daha 77 mina, 274 PHS aşkar ediblər - Foto
12-05-2025, 13:41
Leysan yağacaq, dolu düşəcək - Proqnoz
12-05-2025, 12:50
Buraxılış imtahanının cavabları açıqlanıb
12-05-2025, 12:37
GEM qızılca ilə bağlı məlumat yayıb
12-05-2025, 10:02
Rabitə naqilini dirəkdən kəsib oğurlayanlar tutulublar
12-05-2025, 08:12
Yerin nüvəsindən siqnallar gəlir
10-05-2025, 12:10
Sabahın hava proqnozu açıqlanıb
9-05-2025, 19:20
207 nömrəli məktəbdə 150 manatdan pul yığılması iddiası araşdırılır
8-05-2025, 20:33
Zəvvarlar üçün Həcc ayinlərinin vaxtı elan olunub
8-05-2025, 18:15
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri Yüksək Dialoqa yekun vurub - Fotolar