Düşmənin atıb qaçdığı silah-sursat aşkarlanıb - Fotolar
Tarix: 12-02-2021 15:09 | Bölmə: Cəmiyyət
Düşmənin atıb qaçdığı silah-sursat aşkarlanıb

İşğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-nin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Rəzdərə kəndi ərazisində xidmətdə olarkən oradan düşmənə məxsus 1 ədəd PKM pulemyotu, 1 ədəd RPQ-7 qumbaraatanı və 9 ədəd mərmi, 2 ədəd 120 mm-lik və 8 ədəd 82 mm-lik minaatan mərmiləri, 800 ədəd güllə və 400 kiloqram partlayıcı maddə aşkar edərək götürüblər.

Bundan əlavə, polis əməkdaşları rayon ərazisindən 2 ədəd PKM pulemyotu, 4 ədəd avtomat, həmçinin bu silahlara məxsus 2400 ədəd müxtəlif çaplı güllə, 1 ədəd RPQ-7 qumbaraatanı, 2 ədəd mərmi, və 4 ədəd F-1 əl qumbarası aşkar edərək aidiyyatı üzrə təhvil veriblər.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları da rayonun işğaldan azad edilmiş Güllücə kəndi ərazisində xidmətdə olarkən orada içərisində Ermənistan ordusuna məxsus 447 ədəd avtomat patronu və rabitə vasitələri aşkar edərək götürüblər.










Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq