"Gilan"a məxsus obyektdə epidemiya əleyhinə rejim pozulub
Tarix: 21-04-2021 18:16 | Bölmə: Cəmiyyət
"Gilan"a məxsus obyektdə epidemiya əleyhinə rejim pozulub

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə aprelin 20-də keçirdiyi monitorinqlər zamanı Sumqayıt şəhərində “Forte fashion”, “Tahiroğlu mebel”, “Gilan-Knauf inşaat materialları” mağazalarında, “Bərəkət market”də, “Mini market”də, “Natiq gözəllik salonu”nda, ümumilikdə, 18 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Bu barədə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}