Mayın 6-dan jurnalistlərə vaksinin ikinci dozası vurulacaq
Tarix: 04-05-2021 15:39 | Bölmə: Cəmiyyət
Mayın 6-dan jurnalistlərə vaksinin ikinci dozası vurulacaq

May ayının 6-dan Azərbaycan Mətbuat Şurasında “COVID-19” əleyhinə vaksinasinin birinci dozasının tətbiq edildiyi jurnalistlərə vaksinin ikinci dozası tətbiqinə başlanılacaq.

Bu barədə Mətbuat Şurasından Reyting.az-a bildirilib ki, aprel ayının 9-da vaksinasiyadan keçmiş media təmsilçiləri üçün ikinci doza may ayının 6-da, aprelin 12-i və 13-ü tarixlərində birinci doza tətbiq edilmiş jurnalistlərə mayın 16-da ikinci doza tətbiq ediləcək.

Aprelin 26-da vaksinin birini dozası tətbiq edilən jurnalistlərlə bağlı isə əlavə məlumat veriləcəkdir.

Qeyd edək ki, vaksinasiya Mətbuat Şurasının binasından keçiriləcək.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}