14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Təhsil naziri: "Bu il məktəblərdə "Son zəng" təşkil olunacaq"
Tarix: 10-06-2021 20:02 | Bölmə: Cəmiyyət
Təhsil naziri: "Bu il məktəblərdə "Son zəng" təşkil olunacaq"

"Bu il ümumtəhsil məktəblərində "Son zəng" təşkil olunacaq".

Reyting.az
-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Nazir deyib ki, bununla bağlı Təhsil nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etmişdi: “Baş nazirə təşəkkür edirəm, çalışacağıq ki, verilmiş şərtlərlə “Son zəng” tədbirlərini keçirək”.

Təhsil naziri “Son zəng”lə bağlı konkret şərtlərin yaxın günlərdə elan olunacağını qeyd edib:

“Şərtlər çox sadədir, açıq havada keçiriləcək, say məhdudiyyəti olacaq, kiçik yaşlı məktəblilər üçün təhlükə görmürük, şagird sayı 100-dən artıq olan məktəbdə yəqin ki, bir neçə hissədən ibarət olacaq. Karantin qaydalarına, sosial məsafəyə əməl etmək də şərtlərə daxildir. Uzun müddət məktəbdən kənar qalmış minlərlə şagirdimiz üçün “Son zəng”i qeyd etmək yaxşı xəbərdir. “Son zəng” tədbirində “Məktəblinin dostu” və könüllülülər də çalışacaq”.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}