BDU rektorunun müşavirini bıçaqlayıblar - Yenilənib
Tarix: 27-07-2021 14:43 | Bölmə: Cəmiyyət / Xəbərlər
BDU rektorunun müşavirini bıçaqlayıblar

Bakı Dövlət Universitetində (BDU) rektorun maliyyə məsələləri üzrə müşaviri vəzifəsində çalışan Mirzə Rəşid oğlu Mirzəyev və komendant bıçaqlanıb.

Reyting.az
Unikal.org-a istinadla xəbər verir ki, hadisə Bakı Dövlət Universitetində baş verib.

Qeyd edək ki, hadisəni İsmixan adlı şəxs törədib.

***

"Bakı Dövlət Universitetdə baş verən bıçaqlanma hadisəsindən məlumatlıyıq".

Reyting.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

E. Hacıyev bildirib ki, hadisəni törədən şəxs keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunaraq saxlanılıb:

"Hadisənin təfərrüatları araşdırılır. Mirzə Mirzəyevi 1963-cü il təvəllüdlü İsmixan Mirzəyev bıçaqladığı müəyyən edilib. Yaralı Mirzə Mirzəyevin vəziyyəti qənaətbəxşdir".





Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
16-05-2024, 13:14 Azərbaycanda əhali artıb

{sape_links}{sape_article}