17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Türk Akademiyası: “İlham Əliyevin rəhbərliyi ilə Qarabağda möhtəşəm tarix yazılıb”
Tarix: 27-09-2021 10:55 | Bölmə: Cəmiyyət
Türk Akademiyası: “İlham Əliyevin rəhbərliyi ilə Qarabağda möhtəşəm tarix yazılıb”

“Bu gün təşkilatımızın qurucu üzvlərindən olan Azərbaycan Respublikası 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş vətən övladlarını dərin ehtiram və minnətdarlıqla anır”.

Reyting.az
xəbər verir ki, bunu Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdırəli 27 Sentyabr - Anım Günü münasibətilə müraciətində bildirib.

Darxan Kıdırəli deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yazılan möhtəşəm tarix, Azərbaycanın inkişafı və çiçəklənməsi, bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyətli hadisədir.

D. Kıdırəli daha sonra qeyd edib: “Türk Akademiyası hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini və ərazi bütövlüyünü dəstəkləyib, 44 gün ərzində dinc əhaliyə edilən hücumları şiddətlə pisləyib, Vətən müharibəsində Azərbaycanın yanında olduğunu bəyan edib. Müharibə dövründə Qarabağla bağlı xüsusi məlumatların, önəmli sənədlərin yer aldığı kitab hazırlayaraq çap edib və bu beynəlxalq təşkilat tərəfindən Qarabağla bağlı buraxılmış ilk kitab olub.

Bu vacib gündə Türk Akademiyası olaraq bütün Türk dünyası ilə birlikdə qardaş Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizi dərin hörmət və ehtiramla anır, qazilərimizə Allahdan şəfa diləyirik!”




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}