13:35 / 21-07-2025
Çilingəri "tok" vurub"
Ermənilərin çirkləndirdiyi çaylar təmizlənəcək - Layihə
Tarix: 14-10-2021 11:39 | Bölmə: Cəmiyyət
Ermənilərin çirkləndirdiyi çaylar təmizlənəcək

İşğaldan azad olunmuş ərazilərdə çirklənmiş çayların biofiltrlər vasitəsilə təmizlənməsi pilot layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.

Reyting.az
-ın məlumatına görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Agentliyin ilin ilk 9 ayındakı fəaliyyətinə həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində əkin sahələrinin suvarılmasında istifadə ediləcək suyun toksiki maddələrdən bioloji əsaslı filtrlər vasitəsilə təmizlənməsi həyata keçiriləcək.

Q. Təhməzli qeyd edib ki, AQTİ tərəfindən 9 elmi-tədqiqat layihəsi həyata keçirilib və hazırda bir sıra elmi-tədqiqat işləri davam etdirilir. Onlardan əkinçilikdə istifadə edilən yeni nəsil mikrobioloji məhsullar, antibiotiklərin quşçuluqda istifadəsi və antibiotiklərə dözümlülüyün elmi qiymətləndirilməsi mövzularında elmi-tədqiqat işləri həyata keçirilib və ilkin nəticələr əldə olunub.(Trend)




Bölməyə aid digər xəbərlər