13:35 / 21-07-2025
Çilingəri "tok" vurub"
İki Koreyanın münasibətini normallaşdırmağa çalışırlar
Tarix: 21-07-2025 16:29 | Bölmə: Dünya
İki Koreyanın münasibətini normallaşdırmağa çalışırlar

Cənubi Koreya Respublikası gərginliyi azaltmaq və Şimali Koreya (KXDR) ilə münasibətləri normallaşdırmaq üçün müxtəlif yollar araşdırır. Bu barədə Cənubi Koreyanın Birləşmə Nazirliyinin press-relizində deyilir.

Reyting.az
-ın məlumatına görə, press-relizdə qeyd olunur ki, hökumət Koreya yarımadasında gərginliyi azaltmaq və koreyalararası əlaqələri yaxşılaşdırmaq üçün yeni siyasət hazırlayır və Şimali Koreya ilə bağlı müxtəlif məsələləri araşdırır.

Xatırladaq ki, iyulun 10-da Cənubi Koreya prezidenti Li Jae-myung Seul və Pxenyan arasında əlaqələrin fəal şəkildə bərpasına çağırıb. O, iki ölkə arasında sülhün milli təhlükəsizliyin möhkəmləndirilməsi üçün ən real yol olduğuna əminliyini bildirib.

İyulun 3-də Li Jae-myung deyib ki, Cənubi Koreya KXDR ilə sülh yolu ilə birləşməyə çalışmalıdır. Dövlət başçısı qeyd edib ki, bir ölkənin digərini “udmaq” cəhdi böyük itkilərə səbəb ola bilər.

Onun sözlərinə görə, Koreya müharibəsindən 80 il keçir - tarixi baxımdan bu, çox qısa müddətdir. Siyasətçi istisna etməyib ki, Şimalla Cənubun birləşməsi “hətta bir neçə yüz ildən sonra da” baş verə bilər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər