13:35 / 21-07-2025
Çilingəri "tok" vurub"
Şəhid İxtiyar Əliyev dəfn edilib
Tarix: 14-10-2021 12:40 | Bölmə: Cəmiyyət
Şəhid İxtiyar Əliyev dəfn edilib

Vətən müharibəsi şəhidi gizir İxtiyar Əliyev dəfn edilib.

Məlumata görə, şəhid rayonun Goranlı kənd qəbiristanlığında dəfn olunub. 

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, Goranboy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Allah rəhmət eləsin!

***

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İxtiyar Əliyevin nəşi ailəsinə verilib.

Məlumata görə, şəhid gizirin nəşi bu gün 11:40 radələrində onun doğulduğu Goranlı kəndinə gətirilib.

Şəhidlə 12:00-da vida mərasimi keçiriləcək.




Bölməyə aid digər xəbərlər