Sabahın hava proqnozu açıqlanıb
Tarix: 15-10-2021 12:30 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Oktyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, şimal-qərb küləyi  gündüz cənub  küləyi ilə əvəz olunacaq.

Reyting.az
xəbər verir ki, sabah havanın temperaturu gecə 14-16° isti, gündüz 20-23° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi  763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.

Oktyabrın 16-da  Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16°  isti, gündüz 20-25° isti, dağlarda gecə 7-12° isti, gündüz  13-18° isti olacaq.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq