Milli Məclisdə "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi qəbul edilib
Tarix: 29-10-2021 13:05 | Bölmə: Cəmiyyət
Milli Məclisdə "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

Məlumata görə, dəyişikliklə qanuna yeni bənd əlavə olunur.

Yeni bəndə əsasən, yüksək texniki peşə təhsili səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin edilir və bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınacaq.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq