Qaxda oğlunun toyuna hazırlaşan kişi intihar edib
Tarix: 29-10-2021 15:02 | Bölmə: Cəmiyyət
Qaxda oğlunun toyuna hazırlaşan kişi intihar edib

Qax rayonunda intihar hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında rayonun Güllük kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Nadir Reyzullah oğlu Musayevin meyiti yaşadığı evin həyətyanı sahəsində yardımçı tikilidə asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, intihar edən Nadir Musayevin oğlunun oktyabrın 30-da toy mərasimi keçiriləcəkdi/APA.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq