Xüsusi məktəblərə işə qəbul üzrə müsahibənin nəticələri açıqlanıb
Tarix: 29-10-2021 17:32 | Bölmə: Cəmiyyət
Xüsusi məktəblərə işə qəbul üzrə müsahibənin nəticələri açıqlanıb

Oktyabrın 26-da keçirilən xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, müsahibələrdə uğur qazanan namizədlərin şəxsi səhifəsində bu barədə müvafiq məlumatlar qeyd olunub və onlarla 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

Qeyd edək ki, xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi onlayn formatda həyata keçirilib.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq