İmişlidə sensasiya: 11 yaşlı qızın uşaq doğması faktı nəzarətə götürülüb
Tarix: 29-10-2021 18:50 | Bölmə: Cəmiyyət
İmişlidə sensasiya: 11 yaşlı qızın uşaq doğması faktı nəzarətə götürülüb

Baş Prokurorluq İmişli rayonunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumat yayıb.

Reyting.az
xəbər verir ki, məlumatda deyilir:

"KİV-dən Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olan sorğuya cavab olaraq bildirilir ki, Rayon Mərkəzi xəstəxanasından İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir".

***

İmişlidə 11 yaşlı qız uşaq dünyaya gətirib.

İmişli rayon xəstəxanasından verilən məlumatına görə, İmişli şəhər sakini 2010-cu il təvəllüdlü (11 yaşlı) məktəblinin nənəsi İmişli rayon Xəstəxanasına müraciət edib.

Xəstəxananın ginekoloji şöbəsində 11 yaşlı qıza 31 həftəlik hamiləlik diaqnozu qoyulub. Bu barədə xəstəxana İmişli rayon prokuroluğuna müraciət edib. İmişli rayon prokuroluğu araşdırmaya başlayıb. Bu gün Respublika Klinik xəstəxanasında azyaşlı qız qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi başlanılıb/APA.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq