Bakı metrosunda tüstülənmə: qatarların hərəkəti məhdudlaşdırılıb
Tarix: 30-10-2021 15:09 | Bölmə: Cəmiyyət
Bakı metrosunda tüstülənmə: qatarların hərəkəti məhdudlaşdırılıb

Bakı metrosunun "28 May" stansiyasının giriş sahəsində tüstülənmə olub.

“Bakı Metropoliteni” QSC-dən bildiriblər ki, bu səbəbdən qısa müddət ərzində yüksək gərginlik xətləri ayrılıb.

Məlumata görə, "Həzi Aslanov-28 May" istiqamətində qatarların hərəkəti məhdudlaşdırılıb.

Hazırda "Cəfər Cabbarlı- Xətai" istiqaməti istisna olmaqla, Bakı Metropoliteninin xətlərində qatarların hərəkətini tənzimlənməsi təmin olunur, yəni digər istiqamətlərə yüksək gərginlik verilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq