Ağsuda dövlət qurumunun binası qəsdən yandırılıb - DİN açıqlama yayıb
Tarix: 30-10-2021 16:03 | Bölmə: Cəmiyyət
Ağsuda dövlət qurumunun binası qəsdən yandırılıb - DİN açıqlama yayıb

Ağsuda Avtomobil Yolları Dövlət Agentliyinin Yol İstismar İdarəsinə məxsus inzibati binada yanğın olub.

Daxili İşlər Nazirliyindən Reyting.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində sentyabrın 30-da saat 3 radələrində şəhər ərazisində yerləşən Avtomobil Yolları Dövlət Agentliyinin Yol İstismar İdarəsinə məxsus inzibati binada yanğın törətməklə əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Qaraqaşlı kənd sakini F.Əsgərov müəyyən edilərək saxlanılıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq