Koronovirusla mübarizə aparan həkimlər kütləvi şəkildə işdən çıxacaqlar
Tarix: 01-11-2021 11:25 | Bölmə: Cəmiyyət
Koronovirusla mübarizə aparan həkimlər kütləvi şəkildə işdən çıxacaqlar

Tibb işçiləri arasında aparılan sosioloji tədqiqatın və sorğunun nəticələri cəmiyyətdə şok effekti yaradıb.

Reyting.az
Rusiyanın xəbər portallarına istinadla bildirir ki, hər gün COVİD-19-a yoluxmuş xəstələrlə işləyən bu ölkənin həkimlərinin səhhətində emosional xarakterli problemlər əmələ gəlib.

Artıq iki ildir koronovirus pandemiyasının ağır şərtləri daxilində çalışan rusiyalı həkimlər sosioloji sorğu zamanı daha çox öz problemlərindən danışıblar. Tibb işçilərinin 30 faizi hədsiz yorğunluqdan, 37 faizi səhhətində emosional fonda yaranan stresdən şikayətlənərək, buna görə işdən çıxmaq arzusunda olduqlarını bildirib. Üstəlik, onların fikrincə, sıravi vətəndaşlar həkimlərin ağır əməyini artıq qiymətləndirmirlər. Koronovirus pandemiyasının davam etdiyi iki il ərzində həkim-mütəxəssislərin daim “qırmızı risk zonasında” qalması cəmiyyət tərəfindən də adi hal kimi qəbul olunur. Hətta respondentlərin bəziləri yuxarıda göstərilən səbəblər ucbatından xəstələrə, əvvəllər olduğu kimi, həssas yanaşmadıqlarını gizlətməyiblər. Eyni zamanda, sahənin mütəxəssislərinin cəmi 13 faizi iş yerinə “maraq və həvəslə” getdiyini bildirib.

Qeyd edək ki, sosioloji tədqiqatlar və sorğu 2822 nəfər arasında keçirilib ki, bunun da 90 faizi birbaşa müalicə ilə məşğul olan həkimlərdir.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq